Fransadan İsrailin irqçi hücumlarına etiraz

Fransa sionist əsgərlərin müsəlmanların ilk qibləsi Məscidi Əqsada olan Qiblə məscidinə ayaqqabıyla daxil olması ilə başlayan münaqişələri pisləyib

Maide.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi sözçüsü Romain Nadal məsələ ilə bağlı yazılı açıqlamasında Fransanın Qüdsdə bazar günü başlayan hücumları qınadığını bildirib.
 
Fransanın Qüdsdəki müqəddəs məkanlara duyduğu hörmət və qayğını vurğulayan Nadal, "Bu hücumlar İsrail ilə Fələstin arasındakı münaqişənin həlli üçün sülh danışıqlarının yenidən başlaması lazım olduğuna işarə edir" deyib.
 
İsrail ilə Fələstin arasındakı sülh prosesinə yeni bir beynəlxalq dəstək təklif etdiklərini xatırladan Nadal, "Fransa münaqişələrin həll olunması üçün boynuna vəzifə götürməyə hazırdır" söyləyib.
 
Fransanın Xarici İşlər Nazirliyinin daha öncə ictimaiyyətə açıqladığı İsrail və Fələstin barədə hazırladığı hesabatda, Fransanın iki ölkə arasında sülh prosesində ABŞ-la yanaşı, Avropa və Ərəb dövlətlərinin daha fəal rol alması çağırışına yer verilmişdi.
 
Fransa, "Beynəlxalq dəstək qrupu" adlandırdığı bu proseslə yanaşı Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına təzyiq göstərib, iki ölkə arasındakı müzakirələrin yaxın zamanda nəticəyə bağlanmasını istəyir.