Güləşçidən inanılmaz hərəkət - VİDEO

Güləş üzrə gənclər arasında keçirilən Dünya Çempionatında maraqlı hadisə baş verib.
 
Döşəyə çıxan İran və Rusiya güləşçiləri münasibətlərini aydınlaşdırmağa çalışıblar. Yarım finalda qarışalaşan iranlı güləşçi İman Sadeqhikouxandeh və rus Gadzimurad Raşidov arasında qızğın mübarizə gedib.
 
Rusiyalı güləşçi iranlı güləşçinin ayağından tutaraq ona fənd tətbiq etməyə çalışıb. Ancaq rusiyalı güləşçi istəyinə nail ola bilməyib. Əvəzində rəqibinin başı üzərindən akrobatik hərəkətlə sıçrayan iranlı güləşçi fənddən çıxmağı bacarıb.
 
İranlı güləşçinin fənddən çıxmaq üçün etdiyi qeyri-adi hərəkət turnirə damğa vurub.
 
Güləşçinin müdafiə üsulu görüşü izləyənləri heyrətləndirib.faktxeber/