Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin qadının gözəllik salonunda işləməsi haqqında suala cavabını təqdim edir:
Sual. Bəzi qadınlar özlərinin ailə xərclərini və güzəranını təmin еtmək üçün gözəllik salonlarında işləyirlər. Bu iş iffətsizliyin (abırsızlığın) yayılması sayılırmı, yaxud müsəlman cəmiyyətinin əxlaq normalarına təhlükə hesab olunurmu?
Cavab: Qadınları bəzəməyin və onun müqabilində pul almağın öz-özlüyündə işkalı yoxdur, bu şərtlə ki, özünü naməhrəmə göstərmək qəsdi ilə olmasın.