Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Kişilərin qızıldan istifadə etməsi haqqında suala cavabını təqdim edir:
Sual: Zinət məqsədi olmadan – belə ki, başqaları görmədən – qızıldan istifadə etməyin şəri baxımdan maneəsi varmı?
Cavab: Qızıldan istifadə etmək – istər üzük halqası olsun, istər qeyri bir şey – kişilər üçün birmənalı olaraq haramdır, baxmayaraq ki, zinət məqsədi yoxdur və başqaları da görmür.