Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Həkimin səhv göstərişi ilə oruc tutmamaq haqqında suala cavabını təqdim edir:
Sual: Əgər həkim xəstəyə orucun ona zərəri olduğunu desə və xəstə də oruc tutmasa, amma bir neçə ildən sonra xəstə orucun ona zərəri olmadığını və həkimin qənaətinin səhv olduğunu başa düşsə, orucun qəzası və kəffarəsi xəstəyə vacib olurmu?
Cavab: Əgər mütəxəssis və etibarlı bir həkimin sözünə və ya başqa bir mənqiti əsasa görə xəstədə oruc tutmağın ona zərəri olacağına qorxu yaransa və buna görə oruc tutmasa, təkcə orucun qəzası ona vacib olur.