Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Oruc tutmuş şəxsin ağzında damaqdan gələn qanın olması haqqında suala cavabını təqdim edir:
Sual. Çox vaxt damağımdan gələn qan ağzımın suyuna qarışır və bəzən mən ağzımın suyunu udduqda onun qanla qarışıb-qarışmadığını bilmirəm. Bu halda mənim orucumun hökmü nədir?
Cavab: Əgər damaqdan gələn qan ağızın suyuna qarışıb yox olarsa, ağız suyu pak hesab olunur və onu udmağın maneəsi yoxdur, orucu da batil etmir. Həmçinin ağız suyunun qanla qarışıb-qarışmadığına şəkk etdikdə, onu udmağın maneəsi yoxdur və orucun düzgünlüyünə xələl gətirmir.