Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Yuxarıdan tökülən qəlil suyun aşağı hissəsinin nəcasətlə təmasda olması haqqında sualına cavabını təqdim edir:
Sual: Üzü aşağıya təzyiqsiz şəkildə tökülən qəlil suyun aşağı hissəsi nəcasətlə təmasda olsa, onun yuxarı hissəsi pak qalırmı?
Cavab: Əgər yuxarıdan təzyiqsiz şəkildə tökülən qəlil suyun aşağı hissəsi nəcasətlə təmasda olsa, belə ki, ona “su yuxarıdan aşağıya doğru cərəyan edir” deyilsə, onun yuxarı hissəsi pakdır.