Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Ucadan qılınan namazlarda namazqılanın səsi haqqında sualına cavabını təqdim edir:
Sual: Ucadan qılınan namazlarda namazqılanın səsi nə həddə olmalıdır?
Cavab: Namazqılan "Təkbirətul-ehram"ı, "Həmd", surə, zikr və duanı elə deməlidir ki, özü eşitsin. Əlbəttə, əgər qulağının yaxşı eşitməməsi, yaxud karlığı, yaxud da səs-küy ucbatından öz səsini eşitməzsə, bu zaman maneə olmadığı bir vaxtda dediklərini eşitdiyi şəkildə deyərsə, kifayət edər.