Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Əti haram olan dəniz heyvanlarının alqı-satqısı haqqında sualına cavabını təqdim edir:
Sual: Əti haram olan dəniz heyvanlarının alqı-satqısının hökmü nədir? Bu heyvanları halal hesab edən alıcıya onları satmaq caizdirmi? İnsanların deyil, heyvanların və quşların qidalanması üçün, həmçinin istehsalatda istifadə edilməsi üçün onların alqı-satqısına icazə verilirmi?
Cavab: Hətta alıcı onu halal hesab etsə belə, yeyilməsi haram olan şeyin yeyilmə və qidalanma məqsədilə alqı-satqısı icazəli deyildir. Amma insanların qidalanması üçün deyil, başqa bir halal olan məntiqli xeyir üçün, məsələn, tibbdə və istehsalat istifadə edilməsi, heyvanların və quşların qidalanması və s. bu kimi istifadələr üçün olarsa, qeyd edilən məqsədlərə görə onların alqı-satqısının maneəsi yoxdur.