Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qaralmış və çirklənmiş möhürün üzərinə səcdə etmək haqqında sualına cavabını təqdim edir:
Sual:Qaralmış və çirklənmiş möhürün üstündəki çirk qatı alınla möhür arasında maneə yaradarsa, o möhürün üzərinə səcdə etməyin problemi varmı?
Cavab:Əgər möhürün üstündəki çirk qatı alınla möhür arasında maneə yaradarsa, səcdə və namaz batildir.