Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Həddi-büluğa çatmayan uşağın Quranın xəttinə toxunması haqqında sualına cavabını təqdim edir:
Sual: Həddi-büluğa çatmayan uşaq hədəsi-əsğərdən (bövl, ğait, mədə yelinin xaric olmasından) dəstəmazsız olurmu? Onun əlinin çatdığı yerə Quranı qoymaq olarmı və o, Quranın yazısına toxuna bilərmi?
Cavab: Bəli, dəstəmazı batil еdən işlər həddi-büluğa çatmayan uşağın da aldığı dəstəmazı batil edir. Lakin mükəlləf bir şəxsin onu Quranın yazılarına toxunmağa qoymaması vacib dеyildir.