Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Orucun qəzasını gecikdirməyin hökmü haqqında sualına cavabını təqdim edir:
Sual: Ötən iki ildə Ramazan ayından təxminən on gün qəza orucum qalıb və növbəti Ramazan ayına kimi onların qəzasını tutmamışam. Orucların təkrarı və kəffarəsinə dair hökm necədir?
Cavab: Əgər Ramazan ayının oruc qəzasını növbti Ramazan ayına kimi şəri üzr olmadan və səhlənkarlıq üzündən gecikdirilibsə, təxirəsalma kəffarəsi vacibdir; o da (hər gün üçün) yoxsula bir müdd (təqribən 750 qram) təam verməkdən ibarətdir. Yox, əgər oruc şəri üzrə görə pozulubsa, fidyəsi yoxdur və hər surətdə qəzası vacibdir.