“Solar Impulse 2” təyyarəsi rekord qırmaq üçün havaya qalxdı.
Maide.az xəbər verir ki, gündüz Günəşdən yığdığıə enerji ilə gecə də uçmağa davam edəcək təyyarə 8 min kilometr məsafə qət edəcək.
Çindən havaya qalxan təyyarənin 120 saat (5 gün) havada qalması planlaşdırılır. Təyyarənin 5 gündən sonra Havay adalarında eniş etməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Solar Impulse 2” bundan öncə Günəş enerjisi ilə maksimum 20 saat havada qalıb./