Günün hədisi: Xanım Fatimeyi-Zəhra (s.ə.) ibadət mehrabında

Maide.Az günün hədisini təqdim edir:
 
Peyğəmbəri-Əkrəm (s):
 
أمَّا ابنَتي فاطِمَةُ... مَتى قامَت في مِحرابِها بَينَ يَدَي رَبِّها جَلَّ جَلالُهُ، ظَهَرَ نورُها لِمَلائِكَةِ السَّماءِ كَما يَظهَرُ نورُ الكَواكِبِ لِأَهلِ الأَرضِ، ويَقولُ اللّهُ عَزَّوجَلَّ لِمَلائِكَتِهِ: يا مَلائِكَتِي، اُنظُروا إلى أمَتي فاطِمَةَ سَيِّدَةِ إمائي قائِمَةً بَينَ يَدَيَّ تَرتَعِدُ فَرائِصُها مِن خيفَتي، وقَد أقبَلَت بِقَلبِها عَلى عِبادَتي
 
“Amma qızım Fatimə... mehrabında gözəl Rəbbinin dərgahında ibadətə duranda, ulduzlar yer əhlinə nur saçdığı kimi, onun da nuru səmadakı mələklərə nur saçar. Bu vaxt Allah-Taala mələklərinə buyurar: Ey Mənim mələklərim! Kənizim və kənizlərimin xanımı Fatiməyə baxın, görün ki, müqabilimdə bədəni Mənim qorxumdan necə də lərzəyə düşür və Mənə səmimi qəlbdən ibadət edir!”
 
“Əmali”, Şeyx Səduq, səh.100, hədis 2.