Maide.Az günün hədisini təqdim edir:
Həvarilər Həzrət İsadan (ə):
يا رُوحَ اللّهِ مَنْ نُجالِسُ؟
(Ey Ruhullah, kiminlə oturub-duraq? – deyə soruşduqda, Həzrət İsa (ə) buyurdu:
مَنْ يُذَّكِرُكُمُ اللّهَ رُؤْيَتُهُ وَ يَزيدُ فِى عِلْمِكُمْ مَنْطِقُهُ وَ يُرَّغِبُكُمْ فى الآخِرَةِ عَمَلُه
“O kəslə oturub-durun ki, onu görməyiniz Allahı sizə xatırlatsın, danışığı sizin elminizi artırsın və əməli sizi axirətə müştaq etsin.”
“Biharul-ənvar”, c.18, səh.189.