Günün hədisi: Cənnət imarətinin avandanlığı

Maide.Az günün hədisini təqdim edir:
 
Peyğəmbəri-Əkrəm (s):
 
لَمَّا أُسْرِيَ بِي إِلَى اَلسَّمَاءِ دَخَلْتُ اَلْجَنَّةَ فَرَأَيْتُ فِيهَا قيعان [قِيعَاناً] وَ رَأَيْتُ فِيهَا مَلاَئِكَةً يَبْنُونَ لَبِنَةً مِنْ ذَهَبٍ وَ لَبِنَةً مِنْ فِضَّةٍ وَ رُبَّمَا أَمْسَكُوا فَقُلْتُ لَهُمْ مَا بَالُكُمْ قَدْ أَمْسَكْتُمْ؟ فَقَالُوا حَتَّى تَجِيئَنَا اَلنَّفَقَةُ، فَقُلْتُ: وَ مَا نَفَقَتُكُمْ؟ قَالُوا: قَوْلُ اَلْمُؤْمِنِ سُبْحَانَ اَللَّهِ وَ اَلْحَمْدُ لِلَّهِ وَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ وَ اَللَّهُ أَكْبَرُ، فَإِذَا قَالَ بَنَيْنَا وَ إِذَا أَمْسَكَ أَمْسَكْنَا
 
“Səmaya merac (seyr) etdiyimdə, Cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl və gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur və hərdən də dayanıb-dururdular.
 
Onlara dedim: “Niyə gah işləyir, gah da dayanıb-durursunuz?”
 
Dedilər: “Gözləyirik lazımi avadanlıq gəlsin.”
 
Dedim: “Sizin istifadə etdiyiniz avadanlıq nədir?”
 
Dedilər: “Möminlərin dilindən çıxan “Subhanəllahi vəl-həmdu lilləhi və lə iləhə illəllahu vəllahu-əkbər” (“Subhanəllah”, “Əlhəmdu lilləh”, “Lə iləhə illəllah”, “Əllahu-əkbər”) zikri bizim avadanlığımızdır. Mömin bu zikri deməyə başladıqda, biz də işə başlayırıq, zikri saxladıqda, biz də dayanırıq.”
 
“Biharul-ənvar”, c.8, səh.123.