Gürcüstanın Qardabani rayonun müsəlmanları mövlud tədbiri keçiriblər - FOTO

Gürcüstanın Qaradbani rayonunda Həzrət Əlinin (ə) təvəllüdü və Həzrət Zeynəbin (s.ə) şəhadəti münasibəti ilə mərasim keçirilib. Maide.az-ın məlumatına görə, bu mərasimdə bir çox şəxslər həzrət Əli (ə) və həzrət Zeynəb (s.ə) haqqında çıxışlar, qəzələr və şeirlər söyləyiblər.
 
Mərasim Hacı Anar Bayramovun Quran tilavəti ilə başlayıb, sonra isə Əhli-beyt Hikməti cəmiyyəti sədri Hacı Namiqin çıxışı, Əhli-beyt məddahı Elşən Xəzərin və Kərbəlayi Elnurun şeir və qəzərləri ilə davam edib. Tədbir Qardabani rayonunun axundu Hacı Rasimin və Hacı Yusifin çıxışı ilə sona çatıb.
 
Mərasimdə sual-cavab edilərək iştirakçılara hədiyyələr təqdim olunub.
 
Tədbir Gürcüstan Müsəlmanlar İdarəsi, Əhli-beyt Hikməti cəmiyyəti və "İman" müəssisəsinin təşkilatçılığı ilə təşkil olunub.