Həbsdə olan İndoneziyalı şiə alim azadlığa buraxılıb

İndoneziya Əhli –Beyt (ə) Təşkilatının dövlətlə apardığı danışıqlardan sonra həbsdə olan şiə alim Şeyx Tacul-Mulk azadlığa buraxılıb. 
Maide.az-ın məlumatına görə, İndoneziyanın yeni baş naziri Loqman Həkim Seyfuddin İndoneziya Əhli-Beyt (ə) Təşkilatının rəhbərləri ilə görüşüb. Görüşdə uzun müddətdir ki, həbsdə saxlanılan şiə alimi Şeyx Tacul-Mulkin vəziyyəti haqda müzakirə olunub. Görüşdən 24 saat sonra ötən gün şiə alimi azadlığa buraxılıb və alim hazırda Cakarta şəhərində öz evindədir. 
Bu alim 2012-ci ildə həbs olunmuşdu. /