Hərbi hissələrimizdə 1000-ə yaxın qadın hərbi xidmət keçir

Onlar birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar 
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 1000 nəfərə yaxın qadın hərbi xidmət keçir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hazırda qadınlar Silahlı Qüvvələrdə tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq və digər sahələrdə hərbi xidmət keçirlər. Nazirlikdən bildirilib ki, döyüş əməliyyatları zonasında (cəbhə xəttində) qadın hərbçilər xidmət keçsələr də, birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar.  apa /