Bu il Həcc ziyarətində olan hacılar daha çox kəskin infeksiya xəstəliyi ilə Qırmızı Aypara Cəmiyyətinin xəstəxanlarına müraciət edirlər. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Məkkədəki mərkəzinin sədri Seyyid Əli Mərəşi deyib.
Maide.az xəbər verir ki, Ə.Mərəşi deyib ki, hacılarda müşahidə olan bu infeksiya xəstəliyi bərk öskürək, bəlğəmdən boğulma və halsızlıq kimi müşahidə olunur.
Onun sözlərinə görə, buna səbəb Səudiyyə Ərəbistanındakı isti hava rejiminin bu tip xəstəliyin geniş yayılması üçün əlverişli olmasıdır./