Hindistanda dini zəmində qarşıdurma nəticəsində 140 nəfər həbs edildi

Hindistanın Vadodaru şəhərinin Gujarat ştanında induistlər və müsəlmanlar arasında toqquşma zamanı 2 nəfər həlak olub. Bu barədə Maide.az Beynəlxalq KİV-lərə istinadən məlumat verir.

Məlumata əsasən, bu faciəvi hadisəyə Facebookda paylaşılmış müsəlmanların dini inanclarını təhqir edən şəkillər səbəb olub. Gələcəkdə bu şəkillərin yayılmaması üçün Gujarat ştatında 2G və 3G həmçin MMS xidmətinin söndürülməsi qərarı verilib.

Əvvəllər Gujaratın baş naziri  Hindistanın hazırkı baş naziri Narendra Modidi idi. Sonuncu dəfə ştatda bu zəmində qarşıdurmalar məhz onun hakimiyyəti dövründə, 2002-ci ildə baş vermişdi. 

Həmin dövrdə , induistlər və müsəlmanlar arasındakı qarşıdurmada mindən artıq insanın həlak olması ilə nəticələnmişdi. Bu kədərli hadisələrdən sonra,  Modeyə ABŞ və Avropa Şurası ölkələrinə getmək üçün viza belə verilmirdi, qadağa onun ölkənin baş nazir seçilməsinə qədər qüvvədə qalmışdı. //