Hizbullah İsrail rejiminə xəbərdarlıq etdi: 'Pozsanız vuracağıq!'

Livanın Hizbullah hərəkatı sionist rejimə xəbərdar edərək, Livanın hava məkanını pozan İsrail rejiminin PUA-larını vuracaqlarını bildirib.

 Maide.Az deyerler.org -a istinadən xəbər verir ki, Hizbullaha yaxınlığıyla tanınan “Əl-İlam Əl-Hərbi” informasiya qrupu ibri dilində yazılmış qısa bir video klipdə, sionist rejimə belə səslənib: "İsrail rejiminə aid istənilən bir PUA Livanın hava məkanını pozsa, cavab veriləcək”.  

Sionist rejimin mətbuatı Hizbullahın paylaşdığı bu videonu İsrail rejiminə verilmiş aydın bir mesaj olaraq xarakterizə edərək, bu mesajın İsrail rejiminin PUA-larının hədəfə çevrilməsi olduğunu qeyd edib.