Hollandiyada məscid qalmaqalı: Baş nazir etiraz etdi

Hollandiyanın sağçı partiya üzvünün Avropa ölkəsində bütün məscidləri bağlamaq çağırışı ölkənin baş naziri tərəfindən "qəbulounmaz" adlandırılaraq, rədd edilib. 
 
Maide.az xəbər verir ki, baş nazir Londevik Aşer, "Hollandiya Konstitusiyasına əsasən, müsəlmanların da Hollandiyanın digər vətəndaşları kimi öz hüquqları var", - deyib 
 
O, bu sözləri Hirtom Vildersonun rəhbərlik etdiyi sağşı partiyanın üzvü və bütün dünyada islam və müsəlmanlara qarşı mənfi münasibəti ilə tanınan siyasətçi Maykl Qaarfın çıxışından sonra bildirib. 
 
Qeyd edək ki, Maykl Qaarf Hollandiyada bütün məscidləri bağlamağa çağırıb. Onun fikrincə, məscidsiz ölkə daha gözəl olacaq. 
"Biz Hollandiyanı İslamın hər cür təzahüründən təmizləmək istəyirik"- deyə, Maykl bildirib. //