HP şirkəti 30 min işçini işsiz qoyacaq

Məşhur kompyuter istehsalçısı olan HP şirkəti yeni böhranla üzləşib.
Maide.az haberler.com-a istinadən xəbər verir ki, bu ilin sonunda iki hissəyə ayrılacaq “Hewlett-Packard Coorparation” (HP şirkəti) 30 min işçini işdən çıxaracağını açıqlayıb.
Sonuncu dəfə 31 oktyabr 2014-cü ildə işçi ixtisarından sonra işçi qüvvəsi 300 minə düşən şirkət daha 30 min işçiylə vidalaşacaq. Bununla da HP şirkətinin işçi qüvvəsi 270 minə düşəcək.
Şirkət bu ixtisarlardan sonra hər il əlavə olaraq 2,7 milyard dollar daha çox gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, HP noyabrın 1-dən iki ayrı şirkətə bölünəcək. Onlardan biri fərdi kompüter və printerlərin istehsalı, digəri korporativ serverlərin buraxılışı və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.
Fərdi kompüter və printerlərin istehsalı (HP Inc.) üzrə biznesə şirkətin vitse-prezidenti Dayon Vaysler rəhbərlik edəcək. “Hewlett-Packard Enterprise” adlanacaq ikinci şirkət “HP”-in hazırkı icraçı direktor Meq Uitmenin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək./