Hüquq müdafiəçisi 3 aylıq həbs edildi

Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
 
Maide.az xəbər verir ki, bu barədə müsavat.com-a onun yaxınları məlumat verdilər: “3 gün onu polis şöbəsində saxlayandan sonra fevralın 26-da saat 17 radələrində məhkəməyə gətirdilər və hakim 5 dəqiqəlik proses keçirərək, barəsində həbs qətimkan tədbiri seçdi”.
 
Yaxınlarının bildirdiyinə görə T.Xasməmmədov fevralın 24-də səhər saatlarında anası ilə birgə mebel salonuna gələrkən bir nəfər şəxs hüquq müdafiəçisinə yaxınlaşaraq onun üzünə tüpürüb və dərhal yerə yıxılaraq çabalamağa başlayıb.  Dərhal da polislər T.Xasməmmədovu həbs edərək aparıblar./