Hudeyda limanını yenidən hədəfə aldılar

Maide.Az eastnews.org-a istinadla xəbər verie ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya əs-Səri Hudeyda limanında baş verənlərlə bağlı açıqlama verib.

Yəhya əs-Səri açıqlamasında bildirib ki, Hudeyda limanına dünən axşam saatlarında aviazərbə endirilib.

"Aviazərbəni Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri endirib. 3 nəfər balıqçı hücum zamanı həlak olub. Limanda hal hazırda humanitar gəmilərin daxil olması qadağası tətbiq olunur. Çünki gəmilər daxil olsa işğalçılar bu gəmiləri də vuracaqlar", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb.

O, qeyd edib ki, bölgədə hal hazırda gərginlik davam edir.