Işğalçı İsrail hərbiçiləri Qərb sahilində mitinq keçirən fələstinlilərə hücum edib, etirazçılardan bir neçəsini yaralayıb.
Maide.Az xəbər verir ki, Fələstin xalqı cümə axşamı günü Ramullahın qərbində Beytuniya şəhərində mitinq keçiriblər. Onlar Ufər həbsxanası istiqamətində yürüş etmək istəyərkən işğalçı İsrail rejim əsgərləri gözyaşardıcı qaz və güllələr ataraq etirazçı fələstinliləri dağıtma ğaçalışıb. Fələstinli etirazçılar da işğalçı rejim əsgərlərinə daş və yandırıcı-partlayıcı vasitələr atıblar.
Etiraz mitinqi işğalçı rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli məhbuslara həmrəylik nümayiş etdirmək məqsədi ilə keçirilib.
Ufər həbsxanasında saxlanılan Bilal Kayedin 15 il müddətində həbs cəzası başa çatdıqdan sonra sionist rejim onun haqqında 6 ay inzibati həbs qərarı verib. Kayed qərara etiraz olaraq aclıq aksiyasına başlayıb. B.Kayed 2002-ci ildə həbs olunub. 35 yaşlı fələstinli həbs müddətinin uzadılmasına etiraz olaraq 66 gündür ki, aclıq aksiyasına başlayıb. Fələstin Əsirlər Cəmiyyətindən verilən yazılı açıqlamada bildirilir ki, sionist rejim həbsxanasında Fələstin Xalq Qurtuluş Cəbhəsindən olan 60 məhbus təxminən 15 il müddətində həbs cəzası başa çatdıqdan sonra haqqında inzibati həbs qərarı verilən Kayedə dəstək üçün aclıq aksiyası keçirir.
Qeyd edək ki, sionist İsrail rejiminin 17 həbsxanasında 7 mindən çox fələstinli saxlanılır ki, onların əksəriyyətinin nədə ittiham olunması bilinmir və ya mühakimə olunmadan həbsxanada saxlanılır.