Çində mebel sexində yanğın - 3 ölü, 3 yaralı

Çinin cənubunda, Dunquan şəhərində mebel sexlərindən birndə yanğın olub.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
 
Yanğın başlayandan dərhal sonra hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını yalnız 4 saatdan sonra ala biliblər.
 
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis faktı araşdırır.