Çində yeni pnevmoniyaya yoluxanların sayı artıb, 9 nəfər ölüb

Çində yayılan virusun yeni növündən ölənlərin sayı 9 nəfərə çatıb.
 
“Report” xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi rəhbərinin müavini Li Bin keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, yeni tipli koronavirusa yoluxanların sayı 440 nəfərə çatıb.