Jurnalist Nicat Əliyev “zon”a köçürüldü

Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
 
Bu barədə İslamazeri.az saytına vəkil Yalçın İmanov məlumat verib.
 
O, saytımıza açıqlamasında qeyd edib ki, “Mən keçən həftənin 3-cü günü Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) jurnalist Nicat Əliyevlə görüşdüm. O, mənə dedi ki, sabah yəni iyul ayının 3-ü Bakı şəhəri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə müəssisəsinə köçürüləcək. Mən Nicat Əliyevlə görüşmək üçün penitensiar xidmətə məktub ünvanlamışam. Məktubuma cavab gəldikdən sonra müvəkkilim Nicat Əliyevlə görüşəcəyəm.”
 
Qeyd edək ki, jurnalist Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərlənərək 10 il müddətinə azadlıqdan məhrum edilib.