Əfqanıstanın Həmid Kərzai adına beynəlxalq hava limanından mülki kommersiya uçuşları dayandırılıb.
APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının rəhbərliyi açıqlama yayıb.
Rəhbərlik insanları hava limanına getməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, avqustun 15-də "Taliban" paytaxt Kabilə daxil olub. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.