İspaniyanın Kataloniya muxtar vilayətinin başçısı Artur Mas İspaniyadan ayılmaqla bağlı referendumun keçiriləcəyini rəsmən elan edib.
Maide.az-ın məlumatına görə, səsvermə 9 noyabr 2014-cü ilə təyin edilib.
Qeyd edək ki, sentyabrın 18-də Şotlandiyada baş tutan referendumdan fərqli olaraq Kataloniyadakı plebissit mərkəzi hakimiyyətlə - rəsmi Madridlə razılaşdırılmayıb. Odur ki, İspaniya hökuməti referendumu öncədən qeyri-legitim elan edib. O səbəbə nəticəsindən asılı olmayaraq, səsvermənin yekununu böyük ehtimalla, dünya birliyi də tanımayacaq.