Kilsənin maliyələşdirdiyi məktəbdə hicabın məhkəmə tərəfindən qadağan edilməsi, müsəlman alimlərin və valideynlərin ciddi narazılığına səbəb olub.
Onlar bu addımı dini etiqad azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriblər.
Maide.az-ın məlumatına görə, "bizim dində həddi-büluğ yaşına çatmış bütün qızlar üz və əlləri istisna olmaqla, bütün bədənlərini örtməlidirlər, bu nizam-intizamın təzahürüdür", - deyə bildirən Keniya İmamlar Şurasının sədri Abdullah Qudo bildirib. Müsəlman şagirdlərin bu məktəbin 80%-ni təşkil etməsinə baxmayaraq, kilsə bəyan edib ki, onun maliyələşdirdiyi məktəbdə hicaba olunan qadağa dəyişdirilməyəcək.
Bu problemin həlli üçün müsəlman və xristian liderlərinin görüşü sentyabrın 25-də Dini Şurasının nəzarəti altında keçirilib.
Şura katibi, xristian din xadimi Stiven Kaluni deyib ki, "məsələ bundadır ki, bu kiçik problem çox şişirdilib. Dini təhsillə qarışdırmaq lazım deyil."