Kerri: İranın `Barışçıl` Nüvə Proqram Haqqı Var

ABŞ xarici işlər naziri Con Kerri İranın hərbi məqsədlər xaricində mülkü nüvə proqramı tətbiq haqqının olduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, Fransa xarici işlər naziri Laurent Fabius ilə İranın nüvə fəaliyyətlərinin müzakirə olunacağı yığıncağa qatılmamışdan bir qədər əvvəl Kerri açıqlamasında, "sülhməramlı proqram haqları var, ancaq bomba üçün deyil", - söyləyib.
 
Qeyd edək ki, ABŞ və Qərb ölkələrinin nüvə silahı istehsalı üçün tətbiq olunduğunu iddia etdikləri nüvə fəaliyyətlərini dayandırması mövzusunda İrana sıx şəkildə təzyiq göstərirlər. Ancaq İran mülki məqsədli olduğunu söylədiyi nüvə proqramını tətbiq haqqının olduğunu müdafiə edir.