Kökəlməyin 12 qeyri-qida səbəbi

Çoxlarımız bilirik ki, çox yemək, tez-tez yemək, yağlı yüksək kalorili qidalar qəbul etmək və hərəkətsizlik kökəlməyin ən başlıca səbəblərindəndir, lakin bəlkədə bir çoxlarımız aşağıda qeyd edəcəyimiz kökəlməyə səbəb olan digər amillər haqqında indiyədək eşitməmişik. 
Maide.az kökəlməyin 12 qeyri-qida səbəblərini təqdim edir: 
 
1) Səs-küy
Tədqiqatçılar müəyyən ediblər ki, avtomobillərin tıxaclarından, qatarların və təyyarələrin hərəkətindən irəli gələn kəskin səs-küylü yerlərdə yaşamaq artıq çəki və kökəlmə ehtimalını artırır.
Alimlər daha əvvəl belə bir qənaətə gəlmişdilər ki səs-küylü yerlərdə yaşamaq qarın piylənməsi və gecə yuxusunun pozulmasına birbaşa təsir edir.
Yaşayış yerində səs-küy nəticəsində sakit və kifayət qədər yuxunun olmaması həmin yerlərdə yaşayan insanlar idmana, gəzintiyə və hətta gündəlik fiziki fəaliyyətə daha az maraq göstərməsinə və artıq çəkiyə, eləcədə hərəkətsizliyə səbəb olur.
Britaniyanın BMJ jurnalında dərc olunan araşdırmanın nəticəsi onu göstərir ki, yaşayış yerində hər 5 desibel səs-küyün çoxalması (yaşayış yerində səs-küyün standart səviyyəsi təxminən 45 desibeldir) bel ölçüsünün 0,2 sm artmasına səbəb olacaq.
İsveçli tədqiqatçılar bildirirlər ki, ətrafda səs-küyün çoxalması gecə yuxusunu pozmaqla yanaşı, orqanizmdə stress hormonunun ifraz sisteminin pozulmasına (Kortizol) gətirib çıxarır və bu da, bədənin çəkisinin artmasından əlavə, ürək xəstəliklərinə tutulma riskinin artmasına da səbəb olur.
 
2) Havanın çirklənməsi
Tədqiqatçılar müəyyən ediblər ki, havanın çirklənməsi orqanizmin metabolik sistemini pozaraq, kökəlməni riskini artırır. Nəqliyyatın sıxlığından yaranan hava çirklənməsi 5- 11 yaş arası uşaqlarda bədən kütləsinin indeksini və ya BMI artmasına səbəb ola bilər. Buna görə, çirklənmiş urban ərazilərdə yaşayan uşaqlar öz metabolik sistemlərinin daha çox pozulmasına məruz qalırlar və onların gələcəkdə kökəlmə ehtimalı sağlam iqlim ərazilərdə yaşayan uaşaqlara nisbətən daha çoxdur.
Alimlər bu qənaətdədirlər ki, havası çirkli olan bölgələrdə yaşayan uşaqların həyatı onların bədən kütləsinin indeksinin illki 13.6 faiz artması ilə müşayiət olunur.
Digər tərəfdən, aparılmış geniş araşdırmaların nəticələri də göstərir ki, hamiləlik zamanı çirklənmiş şəhər yerlərində yaşamaq beş yaşadək uşaqların kökəlmə riskini 1.79 faiz, 7 yaşadək isə 2.26 faiz artırır.
 
3) Soyuqdəymə virusu (rinovirus)
Bəlkədə bunu bilmək sizə maraqlı olar ki, “Adenovirus 36” adlanan bir növ rinovirus uşaqlarda kökəlməyə səbəb olan amillərdən biri sayılır.
Alimlər “Adenovirus 36” virusuna yoluxan 124 uşaq üzərində yoxlama apararaq, belə bir nəticəyə gəliblər ki, bu virus həmin uşaqların 80%-də kökəlməyə səbəb olmuşdur. Bu uşaqların bədən çəkisi orta hesabla qeyd olunan virusa yoluxmayan həmyaşıdlarından 23 kg- qədər artıqdır.
 
4) İşıqda yatmaq
Tədqiqatçılar müəyyən ediblər ki, gecə boyu işıqlı yerdə və kəskin kəskin işıq altında yatmaq artıq çəkini və kökəlməni, xüsusilə də uşaqlarda 50 faiz artırır.
Gecə boyu yataq yerinin işıqlı olması beyinə səhv siqnalların çatmasına və Melatonin və Stress kimi müxtəlif hormonların ifrazı səviyyəsində dəyişikliklərin yaranmasına səbəb olur.
Digər tərəfdən, biz işıqlı yerdə və güclü işıq altında yatarkən, beynimiz kifayət qədər istirahət etmir və nəticədə, gün ərzində öz enerjisini şirin və kökəldici qidalar qəbul etməklə təmin etməyə çalışır.
 
5) Yuxusuzluq
Əgər insan gecələr 6-7 saatdan az yatırsa, orqanizmdə iştahı tənzimləyən amil sayılan Kortizol ifrazı pozulur.
Bu səbəbdən, yağlı və şirin yeməklərə qarşı aclıq hissi və həvəs, hətta insan tox olarkən belə, ona güc gəlir və bu da, insanda çəki artımından başqa bir nəticə vermir.
 
6) Gün işığından məhrum olma
Əgər siz D vitamininə əlavənin Günəş işığını kompensasiya etməyə yetərli olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Araşdırmalar göstərir ki, Günəş işığı çəki azalmasına yardım edə bilər.
Gün ərzində ən azı 20 dəqiqə günəş işığı qəbul edin ki, piyləri əritmək üçün orqanizminizə kömək etsin. Amma, bununla yanaşı bir neçə idman hərəkəti və fiziki fəaliyyət də tələb olunur.
 
7) Bağırsaq bakteriyasının çoxalması
İnsanın bağırsaq və mədəsində mövcud olan bakteriya sağlamlığı qorumaq üçün bir çox funksiyalar yerinə yetirir, lakin artıq bakteriya zərərli ola bilər, çünki istifadə edilən yeməklərin tərkibindəki bir çox qida maddələrini tələf edir və kökəlməyə səbəb olur. Bağırsaq və mədənizin sağlamlığı üçün, sağlam qidalar qəbul edin və bol su için.
 
8) Qida maddələrinin olduğu şüşələr və neylon paketlər
Plastik paketlərə bükülən sandviçlər və plastik butılkalara doldurulan meyvə şirələri sizin kökəlmənizə səbəb olur.
Əksər qablaşdırma paketlərdə və plastik qablarında rast gəlinən Bisfenol A qida maddələrinə cəlb oluna və Estrogen hormonu kimi rol oynaya bilər, eləcədə bədənin piyləri tənzimləyən mexanizmini pozaraq, insanın kökəlməsi ilə nəticələnə bilər.
 
9) Qulağın infeksiyası
Orta qulağın dəfələrlə infeksiyaya yoluxması  dad və toxluğu bildirən beyin sinirlərinə zərər vura və gələcəkdə həddən artıq yeməyə meylliliyə gətirib çıxara bilər.
Əgər sizin uşağınız qulaq infeksiyasından əziyyət çəkirsə, qidalanma və qida maddələri ilə bağlı müvafiq tövsiyyələr almaq üçün həkim-Dietoloqdan məsləhət alın.
 
10) Gec vaxtadək çalışmaq
Araşdırmalar göstərir ki, gecə vaxtı işləyən və ya gec vaxtadək çalışan insanlar işlə həyat arasında balans yarada bilmiş insanlarla müqayisədə daha az kalori yandırırlar.
Əgər iş vaxtınızı dəyişə bilmirsinizsə, səhərlər fiziki fəaliyyət və tər tökmək üçün vaxt ayırın.
 
11) Havanın kondisiyalaşdırılması
Uzun müddət kondisionerlə təchiz olunmuş otaqda qalmaq bədəninizn daha az fəaliyyət göstərməsinə və bədən hərarətinin qorunması üçün daha az kalori yandırmasına səbəb olur.
Oturaq həyat tərzi sağlamlıq baxımından yaxşı bir işarə deyil, buna görə də, belə məkanlarda oturmazdan əvvəl hərəkət edərək tərləyin.
 
12) Smartfonlar
Bu, təəccüblü deyil. Araşdırmalar onu göstərir ki, smartfonlardan çox istifadə etmək sizin kökəlməyinizə və depressiyaya düşmənizə səbəb ola bilər, çünki bununla, idman və fiziki hərəkətlər etmək üçün az vaxt qalır. Bəlkə də, heç bir vaxt qalmır!  /