Kolbasanın içindən telefon çıxdı

Kolbasadan telefon çıxdı. Ədliyyə Nazirliyinin Penitensiar xidmət mərkəzindən Maide.az-a verilən məlumata görə, Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilən zaman, “SAB” kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
 
Telefon xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində aşkarlanıb. 
 
Qeyd edək ki, 3 saylı İstintaq təcridxanasında saxlanılan N.Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsinə əsasən həbs edilib. 
 
Fakt üzrə araşdırma aparılır.