Kolumbiyada təyyarə evlərin üstünə düşdü - Ölənlər və yaralılar var - VİDEO

Kolumbiyanın Popayan şəhərində “Piper PA-31” tipli təyyarə qəzaya uğrayıb.
 
Maide.Az DHA-ya istinadən xəbər verir ki, təyyarənin evlərin üzərinə düşməsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
 
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri uşaqdır.
 
Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib.