İŞİD terror qruplaşması Livandan sonra İraqda da məğlub olmağa başlayıb
İslamazeri.az-ın "YDH"-yə istinadən verdiyi xəbərə görə, Suriyada PYD-nin hərbi qolu Özünümüdafiə Hərbi Birləşmələsi (YPG), İŞİD təkfirçi terrorçuları tərəfindən işğal edilmiş İraqın Sincar bölgəsinə aid olan 4 kəndi geri alıb.
"Kurdpress"-ə bu barədə açıqlama verən YPG komandiri, hərbi əməliyyatların PKK-nın hərbi qolu HPG ilə birlikdə keçirdiklərini deyib.
Sincardan çıxardılan yezidi kürdlərdən 80 gənc silahlanaraq YPG-yə qoşulub./