Kubada məscid inşa ediləcək

Türkiyə prezidenti R.T.Ərdoğanın Kubada məscid tikilməsi təklifinə rəsmi Havananın Ankaradakı səfiri Alberto Qonzales Kasalsdan cavab gəlib.
Maide.az-ın məlumatına görə, Kasals deyib ki, uzun müddətdi bunu düşünürlər. Bu məscid inşa olunacaq.
Səfirin sözlərinə görə 11 milyonluq Kubada beş min müsəlman var. “Məscid mövzusu da daha əvvəl diqqətimizdə idi. İki il əvvəl Kubadakı müsəlmanlardan belə bir tələb gəldi. Biz dünyəvi ölkəyik. Bütün dinlərin tələblərini dəyərləndiririk. Müsəlmanların da məscidə sahib olmaq haqqı var. Türkiyə hökumətinin yardımıyla bu məscid inşa olunacaq.”interpress /