Ləzzət saydığımız qida orqanizmdən kalsiumu yuyurmuş

Ərinmiş pendir həvəskarlarına xoş olmayan xəbərimiz var.
 
Həkim-dietoloq Yelena Solomatina bu qidanın bəzi mənfi təsirlərini "Veçernyaya Moskva" ilə bölüşüb. 
 
Onun sözlərinə görə, ərinmiş pendir - elə adi pendirdir, sadəcə ona əridici duzlar - fosfatlarla təsir edilib. Ekspert deyir ki, ərinmiş pendiri çox yeyəndə onun tərkibindəki fosfatlar orqanizmlə təmasa keçərək bədəndəki kalsiumu yuyub çıxarır.
 
Bu qidanın başqa mənfi cəhəti isə, dietoloqun fikrincə, çox kalorili olmasıdır. Piylənməyə, ateroskleroza meylli olan insanlara ərinmiş pendiri çox az miqdarda yemək tövsiyə olunur, çünki tərkibində xolesterin çoxdur. Bu qaydaya maddələr mübadiləsi ilə problem yaşayanlar da əməl etməlidirlər.
 
Ərinmiş pendirin tərkibində duzun da miqdarı çoxdur, odur ki, hipertoniyası (yüksək qan təzyiqi) olanlar ondan uzaq dursalar, yaxşıdır.  /Sputnik