İlin əvvəlindən 116 çoxmərtəbəli bina qazlaşdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-iyul ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 116 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
 
ARDNŞ-dan verilən məlumata görə, təbii qazla təmin olunan bu binalarda ümumilikdə 10 779 ailə yaşayır.