Livan ordusu Xəlifənin xanımı və oğlunu həbs edib

Maide.az xəbər verir ki, Livan təhlükəsizlik qüvvələri bu gün açıqladığı bəyanatda İŞİD terror təşkilatının xəlifəsi Əbu Bəkr əl-Bağdadinin xanımı və oğlunu Suriya-Livan sərhədində saxladıqlarını bildiriblər.
 
"Əl-Səfir" qəzeti də Livan xüsusi xidmət qüvvələrinin İŞİD-ə böyük zərbə vuraraq, dəqiq bir əməliyyatla Əl-Bağdadinin yoldaşını və oğlunu tutduğunu xəbər verərək, onların istintaqının aparıldığını yazıb.