Ölkədə 2842 hemodializ xəstəsi var

Bu günlərdə Nazirlər Kabineti “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nı təsdiqləyib.
 
Proqramda xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkarlanması, onların tibbi yardımla, o cümlədən hemodializllə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyənləşdirilməsi planlaşdırılıb.
 
 M. Cavadzadə adına Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri, Hemodializ Komissiyasının üzvü Fariz Babayev “Turan”ın əməkdaşına bildirib ki, 2016-cı il yanvarın 1-dək ölkədə  2842 xəstə qeydə alınıb.  Onlardan 1138 nəfəri Bakıda, 1704 nəfəri isə regionlarda hemodializ xidməti ilə təmin olunub. Azərbaycan üzrə 34 dializ mərkəzində 534 aparat fəaliyyət göstərir. Bu dializ mərkəzlərinin 8-i Bakı şəhərində, 26-sı regionlardadır. Bu gün Azərbaycanda dializli xəstələr növbə gözləmir
 
Böyrək xəstələrinin də sayı artır
 
Son 10 ilin araşdırmalarına görə, Azərbaycanda xəstələrin sayı hər il 14-20 faiz artır. Mütəxəssis deyib ki, “bu artım dünyada böyrək çatışmazlığına tutulan xəstələrin statistikasına uyğundur. Yaponiya Və Almaniyada böyrək şatışmazlığından müaliacə alan  xəstələrin sayı hər milyona nəfərə görə - 1800-2000 xəstə,  Azərbaycanda isə 350-400 nəfərdir. Bu həmin ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətinin daha yaxşı olması mənasına gəlmir.  Sadəcə, inkişaf etmiş ölkələrdə xəstəliyin erkən aşkarlanma göstəricisi yüksəkdir. Xəstələr arasında ölüm halları  10-16 faizdir”.
 
F.Babayevin sözlərinə görə, bəzi regionlarda xəstələrin yaşadığı əraziyə yaxın yerlərdə dializ alması ilə bağlı problemlər var. Bu həmin mərkəzlərdə uçotda duran xəstələrin say çoxluğu ilə bağlıdır. Ölkənin ən kiçik dializli xəstəsinin 6 , ən yaşlısının isə 82 yaşı var.  Böyrək çatışmazlığından əziyyət çəkənlərinn 68 faizi kişilər, 32 faizi isə qadınlardır.  
 
Həftədə 3 dəfə olmaqla 4 saatlıq seans alan bir xəstənini illik müalicəsinə dövlət 13-15 min manat  pul xərcləyir. Bura yeni mərkəzlərin açılması, aparatların alınması da daxildir. Ötən il bu sahəyə 40 milyon manatdan artıq vəsait ayrılıbmış.
 
Böyrək çatışmazlığını yaradan əsas səbəblərdən biri - şəkərli diabet
 
Ölkədə 240 min nəfərdən çox şəkərli diabet xəstəsi var. Mütəxəssisin dediyinə görə, 5 ildən çox davam edən diabet  böyrək çatışmazlığına səbəb olan faktorlardan birinə çevrilir.
 
F.Babayev deyir ki, “homodialiiz əslində müalicədən çox həyat tərzidir. İnsanın ömrünü uzatmağa yönəlmiş həyat tərzi. Burda xəstənin yaşı, xəstliyinin vəziyyəti, başqa orqanlara təsiri həlledicidr. Hemodializ alan xəstələrin 5 ildən çox yaşama göstəricisi 60 faizdən çoxdur. Azərbaycanda  26 il dializlə yaşayan xəstə olub”.
 
Hazırda M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Neftçilər Xəsətaxanası, Tibb Universiteteinin Cərayyiyyə bölümündə böyrək  köçürmələri həyata keçirilr. Ötən il ölkədə 130 nəfərə böyrək köçürülüb. Bu günədək 610 xəstə qeydiyyatdadır, onların 400-dən artığına ölkədən kənarda böyrək transplantasiya olunub.
 
Proqrama əsasən 2016-də ildə Ağsu və Şəmkirdə yeni Hemodializ Mərkəzinin açılacağı, Şirvandakı mərkəzin isə genişləndiriləcəyi planlaşdırılıb.contact /