`Məşhədi Dadaş` məscidində qanvermə aksiyası keçirilir (Foto)

Bu gün səhər saat 9-dan etibarən  "Məşhədi Dadaş" məscidində qanvermə aksiyası keçirilir. Aksiya saat 9-da "Məşədi Dadaş" məscidində Hacı Şahin  Həsənlinin imaməti ilə qılınan bayram namazından sonra  başlayıb. 
 
Maide.az-ın məlumatına görə, Talassemiya mərkəzi qana ehtiyacın yaranması ilə bağlı məscidə etdiyi müraciətdən sonra belə qərara gəlinib. Qeyd edək ki, qanvermə aksiyası axşam saatlarınadək davam edəcək.