Məhbusa narkotik keçirmək üçün bu yola əl atdı

Penitensiar xidmətindən Maide.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman, xurmanın içərisində sellofana bükülərək gizlədilib, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
 
Fakt üzrə araşdırma aparılır.