Məscidi Əqsanın qarşısında yeni işğallar

İsrail rejiminin Milli Planlaşdırma və Tikinti Şurası Məscidi Əqsa qarşısındakı Silvan bələdiyyəsinə aid ərazini yəhudi yaşayış yeri kimi istifadə planını təsdiq edib.
 
Maide.az xəbər verir ki, yerli medinın yazdığına görə, Tiknti Şurasının razılığı dünən keçirilən mini toplantıdan sonra olub. Yerli sakinlər özlərinə qarşı irqçi münasibətə görə, toplantıya qatılmayıblar. 
 
Vadi Helva İnformasiya Mərkəzinin vəkili Sami Erşid isə verdiyi açıqlamada Tikinti Şurasının bu gün Elad Yaşayış Yeri Təşkilatının layihəsinə edilən bütün apellyasiya şikayətlərini rədd etdiyini və Apelyasiya Komitəsinin layihənin ləğvi istiqamətindəki qərarını da ləğv etdiyini bildirib.
 
Şuranın rədd qərarının yalnız 2 səhifə, 2015-ci ilin iyulundakı ləğv qərarını verən Apelyasiya Komitəsinin qərarının isə 140 səhifə olduğunu bildirən Erşid, yeni qərarın hüquqi səbəblərinin açıqlanmadığını da qeyd edib.