Yer üzündə Məscidi-Haramdan sonra tikilən ən qədim məscidlərdən biri də Məscid əl-Əqsadır. Tikilməsi Davud (ə) başlamış və Süleyman (ə) tərəfindən tamamlanmışdır. Məhəmməd Peyğəmbərin (s) meraca getdiyi müqəddəs məbəddir Məscid əl-Əqsa.
Məscid əl-Əqsa Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkan hesab olunur.
Məscid əl-Əqsa, hicrətin 16-cı ayına qədər müsəlmanların qibləsi idi. Meracın ilk dayanacağı olan Məscid əl-Əqsa, bu gün Sionist İsrail rejiminin işğalı altındadır.
Maide.Az Məscid əl-Əqsanın bu gün çəkilmiş fotolarını təqdim edir:
Bura Məhəmməd Peyğəmbərin (s) atını bağladığı yerdir
Məhəmməd Peyğəmbərin (s.ə.s) mehrabı
Həzrət Zəkəriyya Peyğəmbərin (ə) mehrabı