Malidə BMT missiyasının 2 əməkdaşı qətlə yetirilib

Malidə naməlum şəxslər BMT missiyasının əməkdaşlarına hücum edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Frar agentliyi məlumat yayıb.
 
Məlumata görə, hücum nəticəsində sülhməramlı missiyanın 2 üzvü həlak olub.
 
Qeyd edək ki, aprelin 15-də BMT-nin bazasında törədilmiş partlayış nəticəsində 3 nəfər ölüb, daha 9 sülhməramlı yaralanıb./