İmam Sadiqin (ə) kəlamında Peyğəmbəri-Əkrəmin (s) on əxlaqi xüsusiyyəti

Maide.Az günün hədisini təqdim edir: 
 
İmam Sadiq (ə):
 
إنّ اللّه تَبارَكَ وَتَعالى خَصَّ رَسولَ اللّه صلى الله علیه و آله بِمَكارِمِ الأخلاقِ ، فَامتَحِنوا أنفُسَكُم فَإن كانَت فیكُم فَاحمَدوا اللّه عَزَّوَجَلَّ وَارغَبوا إلَیهِ فى الزِّیادَةِ مِنها ـ فَذَكَرَها عَشرَةً ـ: الیَقینُ، والقَناعَةُ، والصَّبرُ، والشُّكرُ، و الحِلمُ، و حُسنُ الخُلقِ، والسَّخاءُ، والغَیرَةُ، والشَّجاعَةُ، والمُروءَةُ
 
“Allah-Taala Öz Peyğəmbərini (s) gözəl əxlaqi xüsusiyyətlərlə seçmişdir. Siz də özünüzü yoxlayın; əgər sizdə gözəl əxlaq varsa, Allah-Taalaya həmd edin və onun çoxalmasını istəyin.”
 
Sonra o Həzrət gözəl əxlaqa dair on xüsusiyyət qeyd etdi: 
 
“Yəqin, qənaət, səbir, şükür, həlimlik, gözəl rəftar, səxavət, qeyrət, şücaət və mürüvvət.”
 
(“Əl-xisal”, səh.401.)