Masallıda kanalizasiya çəkilişi ölümə səbəb oldu

Masallıda torpaq uçqunu baş verib. 
 
Masallıda su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparan 2 nəfər fəhlə torpaq uçqunu altında qalıb.
 
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki,hadisə ötən gün saat 19:50 də rayonun Mərkəzi Xəstəxanasının arxa tərəfində baş verib.
 
Belə ki, ESER şirkətində işləyən fəhlələr həmən ərazidə kanalizasiya çəkilişi apardığı zaman ehtiyatsızlıqdan torpaq uçub.Nəticədə Masallı rayon Hüsnühacılı kənd sakini Novruzov Müsəddiq İsmət oğlu hadisə yerində keçinib.Həmçinin digər fəhlə Göyçay rayon Səhadət Qarabağlar kənd sakini Seyidov Ramin Vəkil oğlu, ağır dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 
 
Hadisə yerinə dərhəl FHN əməkdaşları və hüquq-mühafizə orqanları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Masallıda kanalizasiya çəkilişi zamanı baş verən ölümə səbəb, təhlükəsizlik qaydalarına riayət edilməməsidir.ESER şirkəti rəhbərliyi işləyən işçilərinə qoruyucu kaskalardan və qoruyucu vasitələrdən istifadə etmək üçün təlimat vermir.